Jurnalistikanın cəmiyyətdə rolu

Hazırda sənaye dövrünün informasiya texnologiyaları əsri ilə əvəzlənməsi prosesi gedir. Həmin hadisənin əsas fəaliyyət mexanizmi isə jurnalistikadır. Bu sahəni böyük bir təşkilata bənzədə bilərik. O universallığı ilə müxtəlif peşə və sənət nümayəndələrini özündə birləşdirir. Jurnalistika müştərək fəaliyyət nəticəsində inşa edilir. Heç təsadüfi deyil ki, onu “Dördüncü hakimiyyət” adlandırırıq. Bu sahə müxtəlif idarəetmə sistemləri üzərində nəzarətə sahibdir. Beləcə hakimiyyətin bütün strukturlarına daxil ola bilir.

Continue reading Jurnalistikanın cəmiyyətdə rolu

Azərbaycan iqtisadiyyatı

Sənaye dövrünün əsasını iqtisadiyyat təşkil edir. İqtisadi təfəkkürün formalaşması qədim dövrlərdə başlayıb. Azərbaycanda da bu sahə əhəmiyyətli inkişaf yolu keçib. Ölkənin coğrafi-strateji mövqeyi, təbii sərvətləri, iqlimi, əhalinin əmək fəaliyyəti iqtisadi düşüncənin formalaşmasının əsas çəqamlarını təşkil edib.

Continue reading Azərbaycan iqtisadiyyatı

Jurnalistika

Fikir müxtəlifliyinə, düşüncə rəngarəngliyinə diqqət yetirsək, axtardığımız həqiqətlərə daha çox yaxınlaşarıq. Bununla yanaşı, hansı ağlın hansı ağıldan üstün olduğuna özümüz qərar verə bilərik. Davamlı olaraq fərqli düşüncələrlə qidalanmaq immunitetimizi möhkəmləndirər, plüralizmə olan dözümsüzlüyümüzün həzminə kömək edər.

“Sitatlar” menyumuzun bu günki əsas təamı “Jurnalistika” adlanır. Cəmiyyətin mayakı olan bu peşə ilə bağlı baxışlarla tanış olaq.  Continue reading Jurnalistika

Kitab

Deyirlər ki, çox oxuyan deyil, çox gəzən çox bilər. Bu fikir bəzən özünü doğrultsa da, bəzi hallarda tam əksi baş verir. Mütaliə etmək və gəzib-görmək kimi təcrübə qazandıran önəmli məqamları qarşı-qarşıya qoymaq əslində bir o qədər də məntiqli görünmür. Hər şeyin nəzəri olduğu kimi, praktik cəhətləri də vardır.

Continue reading Kitab

Az bilinən maraqlı faktlar

İlanların heç bir növü eşitməyi bacarmır.

Ananas bədəndəki yağların miqdarını tənzimləyərək xərçəng risqini azaldır.

Futbol e.ə 476-cı ildə Çində kəşf olunub.

Bir çox bahalı ətirin tərkibində balina ifrazatı vardır.

İnformasiya texnologiyaları ilə yüksək səviyyədə işləməyi bacaran şəxslər xaker, bundan pis məqsədlər üçün yararlananlar isə kraker adlanır.  Continue reading Az bilinən maraqlı faktlar

DÜNYA NƏYƏ İNANIR?

İnsanlar yaşa dolduqca müəyyən inancları qəbul edib onlarla yaşamağa başlayırlar. Bu, sonradan nitq qabiliyyəti qazanmağa bənzəyir. Gördüklərin, eşitdiklərin, haqqında oxuduqların səni inam bəsləməyə sövq edir.

İnancların nə vaxt yarandığını deyə bilmərəm, amma bunun yaxın minilliklərdə baş vermədiyinə əminəm. Nəyəsə inanıb ümid bəsləmək bəlkə də insanların həyatda qalmasına kömək edib uzun müddət. Bunlar arasından dini inancları ayırsaq, geriyə xurafat və ya mövhumat adlandırdığımız fikirlər qalar. Continue reading DÜNYA NƏYƏ İNANIR?

Ekoturizm

Vahid sivilizasiya ideyasından doğan humanizm müxtəlif sahələrə nüfuz edə bilir. Qloballaşan dövrün multikulturalist ideyaları dünya iqtisadiyyatına da öz təsirini göstərir. Bu sahənin mühüm qollarından birini təşkil edən turizm ölkə iqtisadiyyatının əsas gəlir mənbələrindən biridir. Sosial, siyasi, texniki, mədəni inkişafla yanaşı, turizm də yerində sabit dayanmır, fərqli simalar alır. Dəyişən zamana uyğunlaşaraq insanların özlərinə qayğı vasitəsinə çevrilir.

Continue reading Ekoturizm