Zaman

Vaxt iki yer arasındakı ən uzun məsafədir.(Tennessee Williams)
Dünən keçib. Sabah hələ gəlməyib. Sadəcə bu günümüz var. Gəlin başlayaq. (Mother Teresa)
Vaxtını izahatlara sərf etmə. İnsanlar yalnız eşitmək istədiklərini eşidirlər. (Paulo Coelho)
Deyirlər ki, zaman hər şeyi dəyişir. Əslində isə onları sən özün dəyişməlisən. (Andy Warhol)
Necə bu tezliklə belə gec oldu? (Dr.Seuss)
Kitabların ən özəl anda zamanı saxladıb,”Gəl bunu yadda saxlayaq” demək kimi xüsusi bir bacarığı var. (Dave Eggers)
Deyirlər ki, zaman yaraları sağaldır. Bununla razılaşmıram, yaralar həmişə qalır. Vaxtı çatanda beyin öz sağlığını qoruyur, yaraları yeni toxumalarla örtür və ağrı azalır. Amma o, heç vaxt keçmir. (Rose Fitzgerald Kennedy)
Elə bir zaman gəlib çatır ki, bütün dünya səssizliyə bürünür və geriyə sadəcə qəlbin qalır. Beləcə onun səsini dinləyirsən. Əks halda heç vaxt onun nə dediyini anlamazsan. (Sarah Dessen)
Gülü əhəmiyyətli edən ona sərf etdiyin zamandır. (Antoine de Saint-Exupery)
Bircə saatını belə boşa keçirməyə cəsarət edən insan hələ həyatın dəyərini kəşf etməmişdir. (Charles Darwin)
Deyirlər ki, vaxt yaraları sağaldır. Amma o, kədərin mənbəyinin də həddi olduğunu göstərir. (Cassandra Clara)
İzlərin keçmişimizin gerçək olduğunu xatırlatmaq kimi qəribə bir gücü var. (Cormac McCarthy)
Təəssüf ki, əqrəblər taqqıldayır, saatlar keçir. Keçmiş böyüyür, gələcək uzaqlaşır. Ehtimallar azalır, peşmanlıqlar artır. (Hariki Murakami)
Budur, zamanın kəhrəbasında tələyə düşmüşük. Səbəbi isə yoxdur. (Kurt Vonnegut)
İndi burada olmaq əhəmiyyətlidir. Keçmiş və gələcək yoxdur. Zaman aldadıcıdır. Həmişəlik olan şey indidir. Keçmişdən təcrübə qazana bilərik, amma onu yenidən yaşaya bilmərik. Və gələcəyə yalnızca ümid edə bilərik, onun olub-olmadığını bilə bilmərik. (George Harrison)
Zaman illüziyadır. (Albert Einstein)
Sən gecikə bilərsən, lakin zaman belə etməyəcək. (Benjamin Franklin)
Bəzən düşünürəm ki, hər şeyi seyr edirsən, sadəcə oturmağa davam edir və dünyanın qarşında mövcud olmasına izin verirsən. Bəzən düşünürəm ki, bir saniyəliyinə zaman donur və dünya hərəkətini dayandırır. Yalnız bircə saniyə. Əgər o saniyədə necə yaşayacağının yolunu tapsan, onda sən əbədi olaraq yaşaya bilərsən. (Lauren Oliver)
Zaman yaradılmış bir şeydir. “Zamanım yoxdur” demək, “Etmək istəmirəm” deməkdir. (Lao Tzu)
Vaxt uşaqlar tərəfindən yaxşıca oynanılan bir oyundur. (Heraclitus)
Sevdiyin biri ilə bir gününü keçirmək hər şeyi dəyişə bilər. (Mitch Albom)
Hələ gec deyil, bu halda, istədiyin insan ola bilərsən. Dəyişə bilər ya da olduğun kimi qala bilərsən, bunun üçün heç bir qayda yoxdur. Biz ən yaxşısını ya da ən pisini edə bilərik. Ümid edirəm ki, ən yaxşısını edəcəksən. Və ümid edirəm ki, səni qorxudan şeyləri görəcəksən. Ümid edirəm ki, əvvəllər heç vaxt yaşamadığın hissləri yaşayacaqsan. Ümid edirəm ki, müxtəlif baxışlı insanlarla tanış olacaqsan. Ümid edirəm ki, həyatını qürur duyacağın şəkildə yaşayacaqsan. Əgər belə olmadığını anlasan, ümid edirəm ki, hər şeyə yenidən başlamağa cəsarətin olar. (Eric Roth)
Keçmiş heç vaxt yox olmur. Hətta o hələ keçmiş belə deyil. (William Faulkner)
Vaxt ən çox istədiyimiz, lakin ən pis işlətdiyimiz şeydir. (William Penn)
Gələcək qeyri-müəyyəndir, amma son həmişə yaxınlıqdadır. (Jim Morrison)
Vaxt hər şeyi aparır, sən istəsən də, istəməsən də. (Stephen King)
Zaman hər şeyi bir anda baş verməkdən saxlayan şeydir. (Ray Cumming)
Döyüşçülərin ən güclüləri iki şey-zaman və səbrdir. (Leo Tolstoy)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s