Jurnalistika

Fikir müxtəlifliyinə, düşüncə rəngarəngliyinə diqqət yetirsək, axtardığımız həqiqətlərə daha çox yaxınlaşarıq. Bununla yanaşı, hansı ağlın hansı ağıldan üstün olduğuna özümüz qərar verə bilərik. Davamlı olaraq fərqli düşüncələrlə qidalanmaq immunitetimizi möhkəmləndirər, plüralizmə olan dözümsüzlüyümüzün həzminə kömək edər.

“Sitatlar” menyumuzun bu günki əsas təamı “Jurnalistika” adlanır. Cəmiyyətin mayakı olan bu peşə ilə bağlı baxışlarla tanış olaq. 

Jurnalistlər və fotoqraflar istisna olmaqla hamının bərabərliyinə inanıram. Mahatma Gandhi

Miflər tarixdən daha vacib və daha həqiqidir. Tarix sadəcə jurnalistikadır və onun nə qədər etibarlı olduğunu bilirsiniz. Joseph Campbell

Pərişan, əsəbi və yorğunsansa, jurnalistika üçün mükəmməl əhvaldasan. Warren Ellis

Jurnalistika, əsasən, Lord Jonesun həyatda olduğunu bilməyən insanlara “Lord Jones ölüb” deməkdən ibarətdir. G.K.Chesterton

Yaxşı jurnalist olmaq zavallı bir qatil olmaqdan yaxşıdır. Jean-Paul Sartre

İnformasiya almaqda qəzetlərə güvənmək istəmədiyim üçün jurnalist oldum. Christopher Hitchens

Jurnalistika cahil fikirləri bizə çatdıraraq cəmiyyətin cəhaləti ilə bizləri əlaqələndirir. Oscar Wilde

Heç bir vicdanlı jurnalist özünü “kiməsə bağlı” kimi təsvir etməməlidir. “Mən əlaqəsi olan jurnalistəm” demək “Mən hökümətin təbliğatçısıyam” deməkdir. NoamChomsky

Əgər bir insan yazıçı olmaq üçün kifayət qədər bacarıqlı, hüquqşunas olmaq üçün kifayət qədər ağıllı deyilsə, əməliyyat üçün əlləri çox titrəyirsə, o jurnalist olur. Norman Mailer

Jurnalistika susdurulanda ədəbiyyat danışmalıdır. Çünki jurnalistika faktlarla danışırsa, ədəbiyyat gerçəklərlə danışır. Seno Gumira Ajidarma

Qəzet oxumaq dəyərli bir şey oxumaqdan qaçınmaqdır.  …Buna görə də təhsilin ilk qaydası beyni laqqırtı ilə doldurmaqdan qətiyyətlə imtina etmək olmalıdır. Aleister Crowley

Amerika jurnalistikası (digər hər hansı ölkənin jurnalistikası kimi) əsasən, önəmsiz və dəyərsizdir. İddiaları böyük, nailiyyətləri əhəmiyyətsizdir. H.L.Mencken

Deyəsən hərbi şöhrətin nə olduğunu bilirəm; döyüş ərazisində öldürülmək və adının qəzetlərdə səhv yazılması. William T.Sherman

Maraqlı bir paradoks yaranır: alimlər bir həqiqəti axtarır, bir çox fikir söyləyirlər, jurnalistlər isə müxtəlif həqiqətlərdən danışır, eyni fikiri çatdırırlar. Christopher Essex

Jurnalistika tələsən ədəbiyyatdır. Matthew Arnold

Biz jurnalistlər son dərəcə geniş mövzular haqqında az məlumatlı olmağa çalışırıq; buna görə də obyektiv ola bilirik. Dave Barry

Asılıyam. Xəbərlərdən, xüsusən də gündəlik xəbərlərdən kokain, heroin və siqaretdən daha çox asılıyam. Dan Rather

Kapitalist dünyanın inkişaf etmiş ölkələrində media iş dünyasına daxil olub, böyük biznes müəssisəsi olmağa başlayıb. Jurnalist azadlığı əksər hallarda nisbi bir şeydir: biznes maraqları başlanan yerdə o bitir… Sosialist ərazilərində isə sosial kommunikasiyanı partiyanın monopoliya vasitəsi adlandırmaq kifayərdir. Hélder Câmara

Qəzet yığışdırılsa ölkəmizdə xaos mənzərəsi yaranar. Gerçək faktların gündəlik təminatının olmaması ictimai fikirdə qarışıqlığa səbəb olar. Gündəlik qəzet olmadan keçən 10 gün sonrasında ölkə insanlarında güclü qorxu və narahatlıqdan isteriya yaranar-şaiyələr, həyəcan siqnalları, gerçəklikdən kənar şeylər və yanılmalardan qorxuya düşə bilərlər. Biz gecələrin və təhlükəli gündüzlərin keşikçisinə çevrilmişik. Harry Chandler

Bilirəmki, jurnalist deyiləm. Deməli, dediklərim də vacib şeylər deyil. Craig Ferguson

Jurnalist həssas bir şairdir: həmişə qaralamanı dərc olunmuşdan daha səmimi hesab edir. Mario Quintana

Jurnalistikamızda tapdığım səhv hər gün bizi müəyyən bayağı bilgilərlə maraqlanmağa məcbur etməsidir, halbuki ömür boyu oxuduğumuz 3 ya da 4 kitab bizə həqiqətən vacib olan şeyləri verə bilir. Marcel Proust

Azad mətbuat asılı olmayan mətbut demək deyil. Andrew Vachss

Xəbər uydurmaq üçün səhər erkən qalxmalısan. Lauren Beukes

Əgər ilk cümlənlə qəzet oxuyucusunu iki gözünün ortasından vura bilmirsənsə, ikinci bir cümləni yazmağa ehtiyac yoxdur. Arthur Brisbane

Bizim rolumuz lehinə ya da əleyhinə olmaq deyil, qələmi yaraya dəydirməkdir. Albert Londres

Qəzet jurnalistləri ən pisə inanmağı sevirlər. Birinin də mənə dediyi kimi, bu yolla daha çox qəzet sata bilirlər; hətta dürüst və hörmətli insanlar belə başqalarının pisliyini oxumağı sevir. Margaret Atwood

Həyatımı sərf etdiyim, insanların zehni və əxlaqı üzərində bənzərsiz əhəmiyyəti olan jurnalistikanın inkişafında və irəliləməsində maraqlıyam. Joseph Pulitzer

Fantastik, inanılmaz görünən şeyləri məntiqli, inandırıcı göstərməyin fəndlərini jurnalistikadan öyrəndim. Burada açar doğrunu söyləməkdir. Gabriel Garcia Marquez

Jurnalistika heç vaxt sakit dura bilməz: bu onun ən böyük xeyirxahlığı və ən böyük səhvidir. O, heyrət sədaları, zəfər iddiaları və qorxu əlamətləri havada ikən dərhal danışmalıdır. Henry Anatole Grunwald

Ədəbiyyat və jurnalistika arasındakı fərq jurnalistikanın oxuna bilməməsi, ədəbiyyatın isə oxunmamasıdır. Oscar Wilde

Ən problemli jurnalistika yaza bilməyən insanlarən oxuya bilməyən şəxslər üçün danışa bilməyən insanlardan müsahibə almasıdır. Frank Zappa

Jurnalistika nəticələrlə bağlıdır. O, ictimaiyyətə və cəmiyyətə ən mütərəqqi yollarla təsir etməkdir. Anas Aremeyaw Anas

Sizə tək məsləhətim odur ki, xəyallarınızın arxasıyca gedin və ən çox istədiyiniz şeyi edin. Mən jurnalistikanı seçdim, çünki tarixin yaradıldığı yerlərdə olmaq istəyirdim. Jorge Ramos

Jurnalistika səni öldürəcək, amma onun daxilində olduğun müddətcə səni sağ saxlayacaq. Horace Greeley

Keçən on ildə bildiyim bütün həqiqətləri yazası olsaydım, mən daxil olmaqla 600-ə yaxın insan bu gün Rio-dan Seattle-ə qədər həbsxana hücrələrində çürüyərdik. Tam həqiqət professional jurnalistika kontekstində nadir və təhlükəli bir şeydir. Hunter S. Thompson

Siyasətə girəndə jurnalistikadan sonrakı tək aşağı pilləni seçdim. Jim Hightower

Jurnalistika özünün anlamadığı şeyləri başqalarına anlatmaq sənətidir. Lord Northcliffe

Jurnalistikanın əsas mahiyyəti nəyi bilmək istədiyini müəyyənləşdirmək və onu sənə deyəcək insanı tapmaqdır. John Gunther

Jurnalistikaya jurnalistika ilə məşğul olmaq üçün girdim, reklamla məşğul olmaq üçün deyil. Michael Hastings

Jurnalistikanın əsas dilemması nəyi bilmədiyini bilməməkdir. Bob Woodward

Amerikada prezident dörd il hökm sürür, jurnalistika isə əbədiyən. Oscar Wilde

Jusnalistika haqqında deyilmiş bu kimi fikirlər hələ çoxdur. Amma maraqlı məqam odur ki, mənfi rəylər üstünlük təşkil edir. Düzünü desəm, bu universal peşə haqqında bu qədər sərt baxışların olacağını gözləmirdim. Yenə də bilirik ki, qüsursuz insan olmadığı kimi, qüsursuz hakimiyyət də yoxdur. Kələ-kötürlüyün harada olduğunu bilmək kifayətdir, yerdə onu biləmək qalır.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s