Kitab

Deyirlər ki, çox oxuyan deyil, çox gəzən çox bilər. Bu fikir bəzən özünü doğrultsa da, bəzi hallarda tam əksi baş verir. Mütaliə etmək və gəzib-görmək kimi təcrübə qazandıran önəmli məqamları qarşı-qarşıya qoymaq əslində bir o qədər də məntiqli görünmür. Hər şeyin nəzəri olduğu kimi, praktik cəhətləri də vardır.

Düşünürəm ki, yalnız oxumaqla gələcəkdə üzləşə biləcəyimiz problemlərin qarşısında tam gücümüzlə dayana bilmərik. Həmin an soyuqqanlılığımızı itirər, məntiqli hərəkət etməyə qadir olmarıq. Səbəbi isə aydındır. Bəzi məqamları təfəkkürümüzdə yaşatmış, oxuduqlarımızı hərəkətə çevirməmişik. Gəzib-gördüklərimiz, eşitdiklərimiz də hər zaman həqiqətə uyğun olmaya bilər. Bu bizdə yanlış təsəvvür formalaşdırar, müəyyən axınlara qapılıb getməyimizə səbəb olar. Gerçəkliyi mənbəyindən qazanmaq, sonra da onu reallıqda tətbiq etmək isə daha məqsədəuyğun bir addım olar. Yəni tərəzinin bu iki gözü bir-biri ilə mütənasibdir. Onları birmənalı şəkildə ayırmağı, ikisindən birini seçməyə meyl yaratmağı düzgün hesab etmirəm.

Bu yazıda isə həmin tərəzinin “oxu” gözünə diqqət yetirmək istəyirəm. Mütaliə bütün dövrlərdə birbaşa elmə aparan pilləkən olub. Bu həm dünyagörüşünün inkişafına, həm özünüdərkə, həm də humanizmə yönləndirən bir vasitədir. Hərkəs susanda belə danışmağı bacaran yeganə maddi varlıq kitabdır. O əlinə düşdüyü insanın müəllimi, psixoloqu, rəhbəri, idealı və ya ailəsindən biri olmağa qadirdir.

Kitabın qüdrətindən danışmağı tanınmış şəxsiyyətlərə həvalə edirəm. “Sitatlar” rəfindən bu gün “Kitab” adlı məcmuəyə nəzər salaq.

-Kitablar çox, zaman azdır. Frank Zappa

-Kitabsız otaq ruhsuz bədən kimidir. M.T.Siseron

-Hər hansı bir insan, kişi və ya qadın, əgər yaxşı bir romandan həzz ala bilmirsə, dözülməz dərəcədə axmaqdır. C.Austin

-Yaxşı dostlar, yaxşı kitablar və yuxu; budur ideal həyat. M.Tven

-İtdən başqa insanın ən yaxşı dostu kitabdır. Q.Marks

-Hər zaman Cənnətin bir növ kitabxana kimi ola biləcəyini düşünmüşəm. X.L.Borxes

-Özü ilə kitab gəzdirməyən adama heç vax etibar etməyin. L.Snikt

-Ancaq hamının oxuduğu kitabları oxusanız, hamının düşündüyü şeyləri düşünərsiniz. Haruki Murakami

-Əgər insan bir kitabı təkrar-təkrar oxuyub zövq ala bilmirsə, onda onu oxumağa əvvəldən ehtiyyac yoxdur. O.Uayld

-Televizorun çox maarifləndirici olduğunu düşünürəm. Kimsə onu yandıranda digər otağa keçir və kitab oxuyuram. Q.Marks

-Heç vaxt mənə uyğun böyük bir fincan çay və uzun bir kitab tapa bilməzsiniz. K.S.Levis

-Kitab kimi sadiq bir dost yoxdur. E.Heminquey

-Əgər oxumaq istədiyin kitab hələ yazılmayıbsa, onda onu özün yazmalısan. Toni Morrison

-Klassika-insanların təriflədiyi, amma oxumadığı kitablar. M.Tven

-Yazılmalı olan kitabı yazmalısan. Əgər onu böyüklər üçün yazmaq çox çətindirsə, onda uşaqlar üçün yaz.  M.Lenql

-Öz itiliyini saxlaması üçün qılıncın bülöv daşına olduğu kimi, zəkanın da kitaba ehtiyyacı var. C.R.R.Martin

-Dünyanın əxlaqsız adlandırdığı kitablar dünyanın öz ayıbını göstərir. O.Uayld

-Kitablar daşınabilən, bənzərsiz möcüzələrdir. S.Kinq

-Sağlam kitablar oxumağınıza diqqət edin. Yaxşı bir gündə bir çap xətasından ölə bilərsiniz. M.Herz

-Kitablar dostların ən səssiz və sadiqi, məsləhətçilərin ən əlçatan və ağıllısı, müəllimlərin ən səbrlisidir. Ç.U.Eliot

-Möhtəşəm bir kitab sonda sizi çoxlu həyat təcrübəsi və bir qədər də yorğunluqla tərk edir. Oxuduğun müddətdə bir neçə ömür yaşayırsan. U.Stayron

-Bəzi kitablar dadlı, bəziləri yeməli olur. Yalnız bəzi kitablar isə necə lazımdır çeynəməli və həzm edilməli olurlar. F.Bekon

-Bir az pulum olan kimi kitab alıram, artıq qalsa yemək və geyim alıram. Erazm

-Dünya bir kitabdır və səyahət etməyənlər ancaq bir səhifə oxumuş olurlar. A.Aqustin

-Kitablar olmadan yaşaya bilmərəm. T.Cefferson

-Danışmadan öncə düşün, düşünmədən öncə oxu. F.Lebouits

-Kitablar öz sirlərini bir andaca açmır. S.Kinq

-Kitabları yandırmaqdan daha pis cinayətlər var. Biri onları oxumamaqdır. C.Brodski

-Kitablar güzgü kimidir; əgər içindəki axmaq kimi görünürsə, kənardan dahi görünməsini gözləmə. C.Roulinq

-Bağçan və kitabxanan varsa, deməli, ehtiyyacın olan hər şeyə sahibsən. M.T.Siseron

-Bir gün bir kitab oxudum və bütün həyatım dəyişdi. O.Pamuk

-Kitabların özəl anlarda zamanı dayandırıb “Bunu unutmayaq” demək kimi bir xüsusiyyəti vardır. D.Eqqers

-Mənə hələ oxumadığım bir kitab verən kəs ən yaxşı dostumdur. A.Linkoln

-Nadir intellektli bir insanla tanış olanda ondan hansı kitabları oxuğunu soruşmalıyıq. R.U.Emerson

-Müəllifi ilə yarım saat söhbət etməyim mümkün olan kitabı əsla oxumazdım. V.Vilson

-Yaşayacağı tək bir həyata sahib olduğunu deyən şəxs, yəqin ki, kitabı necə oxuyacağını bilmir. (-)

-Həyatı bir kitab olaraq düşünürəm. Nə qədər dərininə getsən, bir o qədər məna kəsb edir. H.Kuşner

-Uşağınızın dünyasını genişləndirməyin müxtəlif yoları vardır. Bunlardan ən yaxşısı kitab sevgisidir. C.K.Onasis

-Oxumadığn kitab sənə yardım edə bilməz. C.Ron

-Yaxşı kitablar anlamağınıza və anlaşılmağınıza yardım edir. C.Qrin

-Yaxşı roman qəhrəmanı, pis roman isə müəllifi haqqındakı həqiqətləri çatdırır. G.K.Çesterton

-Kitab dünyanın bir formasıdır. Bəyənməsəniz onu yoxmuş kimi hesab edin, ya da öz versiyanızı irəli sürün. S.Rüşdi

-Kitab oxumağa davam edin, lakin kitabın ancaq kitab olduğunu, özünüz üçün düşünməyi öyrənməli olduğunuzu unutmayın. M.Qorki

-Əvvəlcə ən yaxşı kitabları oxuyun, yoxsa oxumaq üçün heç şansınız olmaya bilər. H.D.Toro

-Kitab oxumaq onu özünüz üçün yenidən yazmağınız kimidir. A.Karter

-Özünüzün oxumayacağı kitabı heç vaxt bir uşağa verməməyi bir qayda kimi qəbul edin. C.B.Şou

-Sonda kitablar insana öz orijinal düşüncələrinin heç də yeni olmadığını göstərir. A.Linkoln

-Bir insanın sevdiyi kitabı yalnız bir dəfə oxumasını təsəvvür edə bilmirəm. K.S.Levis

-Oxucuları iki qrupa bölürəm; xatırlamaq üçün oxuyanlar, unutmaq üçün oxuyanlar. U.L.Felps

 

Kitab haqqındakı baxışların müəyyən hissəsini təşkil edən bu fikirlər sadəcə gələcəkdə sitat kimi işlədilsin deyə söylənilməyib. İnsan sevdiyi bir müəllifi, ya da sevdiyi bir kitabı oxuyarkən sadalanan fikirlərin gerçəkliyinə bir daha inanır. Ümid edirəm ki, yazılan bu cümlələr oxuculara bəzəkli ifadələr kimi görünməz, onları oxmağa təhrik edər. Unutmayaq ki, oxumadığımız hər dəyərli kitab səhifələrini vərəqləyənə qədər öz sirrini bizdən gizlədəcək. Kitabları danışdırmaq onları ələ götürməkdən başlayır, bu qədər sadə.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s