Category Archives: Sitatlar

Jurnalistika

Fikir müxtəlifliyinə, düşüncə rəngarəngliyinə diqqət yetirsək, axtardığımız həqiqətlərə daha çox yaxınlaşarıq. Bununla yanaşı, hansı ağlın hansı ağıldan üstün olduğuna özümüz qərar verə bilərik. Davamlı olaraq fərqli düşüncələrlə qidalanmaq immunitetimizi möhkəmləndirər, plüralizmə olan dözümsüzlüyümüzün həzminə kömək edər.

“Sitatlar” menyumuzun bu günki əsas təamı “Jurnalistika” adlanır. Cəmiyyətin mayakı olan bu peşə ilə bağlı baxışlarla tanış olaq.  Continue reading Jurnalistika

Kitab

Deyirlər ki, çox oxuyan deyil, çox gəzən çox bilər. Bu fikir bəzən özünü doğrultsa da, bəzi hallarda tam əksi baş verir. Mütaliə etmək və gəzib-görmək kimi təcrübə qazandıran önəmli məqamları qarşı-qarşıya qoymaq əslində bir o qədər də məntiqli görünmür. Hər şeyin nəzəri olduğu kimi, praktik cəhətləri də vardır.

Continue reading Kitab