Category Archives: İnformasiya

Jurnalistikanın cəmiyyətdə rolu

Hazırda sənaye dövrünün informasiya texnologiyaları əsri ilə əvəzlənməsi prosesi gedir. Həmin hadisənin əsas fəaliyyət mexanizmi isə jurnalistikadır. Bu sahəni böyük bir təşkilata bənzədə bilərik. O universallığı ilə müxtəlif peşə və sənət nümayəndələrini özündə birləşdirir. Jurnalistika müştərək fəaliyyət nəticəsində inşa edilir. Heç təsadüfi deyil ki, onu “Dördüncü hakimiyyət” adlandırırıq. Bu sahə müxtəlif idarəetmə sistemləri üzərində nəzarətə sahibdir. Beləcə hakimiyyətin bütün strukturlarına daxil ola bilir.

Continue reading Jurnalistikanın cəmiyyətdə rolu

Advertisements

Azərbaycan iqtisadiyyatı

Sənaye dövrünün əsasını iqtisadiyyat təşkil edir. İqtisadi təfəkkürün formalaşması qədim dövrlərdə başlayıb. Azərbaycanda da bu sahə əhəmiyyətli inkişaf yolu keçib. Ölkənin coğrafi-strateji mövqeyi, təbii sərvətləri, iqlimi, əhalinin əmək fəaliyyəti iqtisadi düşüncənin formalaşmasının əsas çəqamlarını təşkil edib.

Continue reading Azərbaycan iqtisadiyyatı

Ekoturizm

Vahid sivilizasiya ideyasından doğan humanizm müxtəlif sahələrə nüfuz edə bilir. Qloballaşan dövrün multikulturalist ideyaları dünya iqtisadiyyatına da öz təsirini göstərir. Bu sahənin mühüm qollarından birini təşkil edən turizm ölkə iqtisadiyyatının əsas gəlir mənbələrindən biridir. Sosial, siyasi, texniki, mədəni inkişafla yanaşı, turizm də yerində sabit dayanmır, fərqli simalar alır. Dəyişən zamana uyğunlaşaraq insanların özlərinə qayğı vasitəsinə çevrilir.

Continue reading Ekoturizm