Jurnalistikanın cəmiyyətdə rolu

Hazırda sənaye dövrünün informasiya texnologiyaları əsri ilə əvəzlənməsi prosesi gedir. Həmin hadisənin əsas fəaliyyət mexanizmi isə jurnalistikadır. Bu sahəni böyük bir təşkilata bənzədə bilərik. O universallığı ilə müxtəlif peşə və sənət nümayəndələrini özündə birləşdirir. Jurnalistika müştərək fəaliyyət nəticəsində inşa edilir. Heç təsadüfi deyil ki, onu “Dördüncü hakimiyyət” adlandırırıq. Bu sahə müxtəlif idarəetmə sistemləri üzərində nəzarətə sahibdir. Beləcə hakimiyyətin bütün strukturlarına daxil ola bilir.

Jurnalistika sahəsi dünya təcrübəsində “keşik iti” kimi ifadə olunur. O demokratiyanın əsas sütunlarından olduğuna görə “xalqın hakimiyyəti” ifadəsinin təzahürüdür. Bu sistemdə insanın özünənəzarəti, özünüidarəsi kimi amillər əsasdır. Jurnalistika həm də hakimiyyət və cəmiyyəti əlaqələndirir, aradakı hündür divarları yıxır.

İnformasiyalaşma dövründə kütləvi informasiya vasitələrinin inkişafı, rəqəmsal texnologiyalardan istifadə, elektron dövlətin və elektron hökümətin yaradılması, jurnalistika haqqında və informasiyanın paylanması barəsində qaydalar toplularının, etik kodekslərin qəbul edilməsi əsas diqqət yetirilən məqamlardır. Üçüncü sosial-texniki inqilab olan informasiya cəmiyyəti rəqəmsal texnologiyaların inkişafı sayəsində formalaşır. Bütün bunlar jurnalistika fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını təmin edir.

Bu peşə hakimiyyətə ciddi, cəmiyyətə isə həssas yanaşmanı tələb edir. Heç şübhəsiz, jurnalistikanın obyektivlik, dəqiqlik, qərəzsizlik, vicdanlılıq, operativlik kimi vacib doktrinaları bu səbəbdən çox əhəmiyyətlidir.

Jurnalistika cəmiyyətdə bir sıra mühüm funksiyaları yerinə yetirir. Məlumatlandırmaq, maarifləndirmək, əyləndirmək  xüsusilə seçilir. Onun təbliğat, ideoloji, təşkilati, səfərbəredici və s. funksiyaları qeyd edilsə də, onlar əvvəlki üç amili özlərində ehtiva edirlər.

Jurnalistikanın əsas subyekti jurnalistdir. Unutmayaq ki, jurnalist də xalqın bir nümayəndəsidir. O, bütövlükdə cəmiyyətə özünə xidmət edirmiş kimi yanaşmalıdır. İctimai marağı sezə bilməli, hadisəni, xəbəri duymağı və onu olduğu kimi çatdırmağı bacarmalıdır.

Bu sahə ictimai şüurun formalaşdırılmasında, cəmiyyətin istiqamətləndirilməsində mayak rolunu oynayır. Bu gün şəffaflığın təmin edilməsinə və kütləvi cinayətkarlığa qarşı mübarizəyə öz töhvələrini verməkdədir. İnformasiyanın sərbəst şəkildə alınması, emalı və ötürülməsi fundamental ifadə azadlığının mühüm bir hissəsini təşkil edir. Buna görə də jurnalistikaya beynəlxalq müstəvidə diqqət ayırılır.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s