Qorxu nədir?

 Bizi hər zaman izləyən və həyatımızın ayrılmaz hissəsi halına gəlmiş müxtəlif hisslərə sahibik. Bunlardanbizə bəlkə də ən çox tanış olanı qorxudur. Yer üzündə elə bir insan yoxdur ki, bu hissə sahib olmasın. Hətta heyvanlar belə qorxu ilə tanışdırlar. İnsanlar qorxu ilə doğulmur, bu zamanla formalaşan duyğudur. İnsanlarda qorxu adətən 4-6 aylıqdan sonra, valideynlərdən ayrı qala bilməmək ilə başlayır. Zaman keçdikcə ailə içindəki bu qorxular artaraq böyüyür və kənar dünyaya addım atdıqda bunlara yeniləri əlavə olunur. Qorxu fərdə qarşı yaranmış təhlükəyə reaksiyadır. İnsanlar onları narahat edən hər şeydən qorxa bilər. Azyaşlılarla böyüklərin qorxuları bir qədər fərqlənir. Burada əsas fərqli cəhət odur ki, uşaqların qorxuları heç də həmişə gerçəkliyə uyğun səbəblərdən meydana gəlmir. Təxəyyülün oynadığı kiçik oyunlar yersiz qorxular yarada bilir. Məsələn, balaca uşaqlar çox vaxt gerçəkliyinə şüphə edilən görüntülərdən qorxuya düşürlər. Bunda bir qədər bizim də rolumuz var. Xatırlayın, körpəlikdən uşaqları “xoxan”, “əjdaha” kimi şeylərlə qorxudub yatırırıq. Gözlərini qorxuyla yumduqdan sonra nələrlə mübarizə apardıqlarından isə xəbərimiz olmur. Uşaqlardan fərqli olaraq böyüklərin qorxuları çox vaxt real olur. Ölüm qorxusu, ağlını itirmə qorxusu, imtahan qorxusu, insanlarla ünsiyyət qorxusu, uğursuzluğa düçar olma qorxusu və s. gündəlik həyatda bizə ən tanış duyğulardır. Titrəmə, tərləmə, ürəyin sürətli döyüntüsü, əzələ sıxılmaları qorxunun fiziki göstəriciləridir. Qorxu heç də təhlükəli bir hiss deyil. Bunun sayəsində insan həyatda qala bilir. Təsəvvür edin, qorxularımız olmasaydı müxtəlif riskli vəziyyətlərdə özümüzü təhlükəyə atmış olardıq. Alovun yandırıcı xüsusiyyətindən qorxmasaydıq, ona rahatca toxunaraq bədənimizin müxtəlif dərəcəli yanıqlar almasına şərait yaradardıq. Belə desək, qorxu bizi təhlükədən uzaqlaşmaq üçün yönləndirir. Bəzən qorxumuzun yersiz olduğunu düşünüb onu önəmsəmirik. Ancaq bu halda gözləmədiyimiz anda riskli bir olaya hazırlıqsız yaxalana bilərik. Bunun əksinə, ola bilər ki, təhlükə qarşısında həddən artıq reaksiya verək. Bu hallarda qorxudan donub qalma hadisəsi baş verə bilər ki, bu da risklidir. Buradan yadınlaşdırmaq olar ki, qoxunun azı da, çoxu da təhlükəli ola bilər. Amma hər halda, qorxusuzluq həddən çox qorxudan daha üstündür. Məlumdur ki, qorxusuzluq əsasən insana işlərində uğur gətirir. Qorxu dərəcəsinin artması bəzən xəstəliklərə yol aça bilər. Bu halda psixiyatra müraciət etmək lazımdır.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s