Geyşa; Saflığın kölgəsi

Yaponiya mədəniyyətinin önəmli bir hissəsini geyşalıq təşkil edir. Ölkədə bu ad uzun illərdir ki çox yaxşı tanınır. Geyşalıq İkinci Dünya Müharibəsindən sonra başlayıb və bir sıra dəyişikliklərə uğrasa belə bu gün də davam etməkdədir.


Ənənəvi Yaponiya inanclarına görə evlilik ailələrin qərarı ilə verilir və müəyyən bir məqsədə xidmət edirdi. Kişinin qadınına sadiq qalması elə də mühüm deyildi. Qadınların da əsas vəzifəsi ev işləri ilə məşğul olmaq, həyat yoldaşı və uşaqlarına yaxşı xidmət etmək idi. Bunun nəticəsi olaraq kişilər artıq həyat yoldaşlarından uzaqlaşıb başqa qadınların qollarında əylənmək istəyirdilər. Daha sonralar ən gözəl olanı sevib ona hörmət etmək hamı tərəfindən qəbul olundu. Elə bu da geyşa ifadəsinin meydana çıxmasına səbəb oldu. Geyşaların ilk nümayəndələri tayu adlanan kişilər olub. Onlar 12 qat ipək kimono geyir, ancaq ayaqlarının və saçlarının açıqda qalmasına izin verirdilər. Aralarından ən ağıllı və mədəni olanları isə müştərilər tərəfindən gecəni birlikdə keçirmək üçün seçilirdilər. Sonradan aralarına qadınlar da qatıldı və onlar daha çox sevildilər.
Geyşa olmaq qızlar üçün bir şərəfdir. Onlar həqiqi geyşa olduqlarında geiko adlanırlar. 21 yaşına qədər təlim görən qəzlar “uşaq rəqqasə” mənasında işlədilən maiko adlandırılırlar.
Geyşalara həmişə qibtə edilir. Adi həyat qadınları da çox müştəri qazanmaq üçün əksər halarda özlərini geyşa kimi qələmə verirlər. Aralarındaki fərq isə geyimlərində olur. Onların hər ikisi kimono geyinir və üzərindən qurşaq bağlayırlar. Geyşaların bağlaması arxadan, adi həyat qadınlarınki isə öndən olur. Bunun da kiçik bir səbəbi var. Çünkü geyşaların geyimlərində onlara yardım etmək üçün bir nəfər köməkçi olur və qurşağı arxadan düzgün şəkildə bağlayır. Digərləri isə bağlamanı arxadan edə bilmədiklərinə görə, onu ya önə gətirib bağlayırlar, ya da heç bağlamırlar. Belə həyat qadınları çox zaman “geyşa qızlar” ya da “panpan qızlar” adlandırılırlar. Onların meydana gəlməsi isə İkinci Dünya Müharibəsində Yaponiyanın uduzmasından sonra amerikalı əsgərlərin ölkəyə daxil olması ilə gerçəkləşdi. Müharibə minlərlə kişinin həyatını almış, qadınları isə ortada kimsəsiz qalmışdı. Çörək puluna görə kişilərə hər cür xidməti etməyə hazır olan qadınlar da özlərini geyşa adlandıraraq Amerika ordusuna xidmət etməyə başladılar. Bu gün geyşaların adı çəkiləndə çoxları onları ucuz həyat qadınları kimi qəbul edir, əsas səbəbi isə elə bu qadınlardır. Həqiqi geyşalar pul qarşılığında hər təklifə razılıq vermir. Onların dannaları olur və qızlar bir müddət onlara xitmət etdikdən sonra öz işlərinə qayıdırlar.
Necə geyşa olmaq olar? Əvvəllər qızlar çox kiçik yaşda ailələri tərəfindən geyşa evlərinə satılırdılar. Geyşaların qızları da elə birbaşa geyşa olur və xələflərinin varisi kimi geyşa evlərində qalmağa davam edirdilər. Geyşa olmaq üçün qızlar mütləq ciddi təlimdən keçməli idilər. Təlimin ilk mərhələsidə onlar xidmətçi olaraq çalışıb, deyilən hər şeyi etməyə məcbur olurdular. Bu təlim onlara itaəti öyrədirdi. Təlimin bu hissəsi shikomi adlanır. Qızların ən gənc olanları və evə yeni gələnləri, evin ən mötəbər geyşası gələnə qədər gözləyir, o yatana qədər də ona xidmət edirdilər. Həmin vaxt ərzində qızlar həm də hanamachi geyşa məktəbinə gedirdilər. Müasir dövrdə də qızlar müxtəlif dialektləri, adətləri və geyimləri öyrənərkən bu ənənəni davam etdirirlər. Bir qız bütün sinifin qarşısında rəqs edib imtahan verməklə shikomi məşqini bitirir. Bununla da xidmətçi kimi işlərindən azad olur və minarai adlanan ikinci mərhələyə keçir.
Bu müddətdə onlar sadəcə görünməli, eşidilməməli, danışmamalıdırlar. Minarai zamanında qızlar ilk dəfə əsl geyşa kimi geyinirlər. Geyimləri çox mənalı və cəlbedici olur, bir növ onların dilindən danışır. Minaraidə qızlar onee-san adlanan şəxslə təlimini davam etdirir. Onee-san həmişə gənc qızı izləyir, hadisələrə münasibətini, bir olay baş verdikdə davranışını və ya çay süzməsini müşahidə edir. Minaraidə həm də geyşa evinin sahibi okaa-san ilə də yaxşı münasibət qurmaq vacibdir. Burada o, danışıq sənətini, oyunları və necə oynamaq lazım olduğunu öyrənir. Bu mərhələni bitirdikdən sonra o, maiko kimi geyşa olmağa hazırlaşır.
İlk mərhələlər bir neçə ay sürsə də, maiko təlimi bir ilə qədər davam edə bilir. Maiko hər yerə onee-san ilə gedir. Onee-san maikoya necə həqiqi geyşa olmağı, çay mərasimini, gül dekorasiyası hazırlamağı, xəttatlığı, shamisan çalmağı, rəqs etməyi və danışığı öyrədir. Qıza yeni ad seçməkdə kömək edir, makyajını etməklə və saçını düzəltməklə onu mükəmməlləşdirir. Saç həftədə bir dəfə yuyulur və yığımı çətin olduğuna görə bununla peşəkarlar məşğul olurlar. Üz, sinə və boyuna ağ rəngli boya çəkilir. Həmin boya üz mimikalarının örtülməsinə kömək edir. Bu zaman saç dipləri boyanmır və burada üçayaqlı adlanan xüsusi forma çəkilir. Belə boyama həm maska görüntüsü verir, həm qadının ən gözəl hissəsi olan boynun təbii şəkildə ortada olmasına şərait yaradır, həm də barmaq formasındaki görüntü qızların barmaqlıqlar altında olduğunu ifadə edir. Qaşlar qara rənglə, gözlər isə qara və qırmızı rənglə boyanır. Dodaqların yalnız müəyyən bir hissəsinə qan qırmızısı rəngli dodaq boyası çəkilir. 3 il bu cür makyajdan sonra maiko daha yüngül makyajdan istifadə edir.
Onee-san hiss edəndə ki, qız artıq kifayət qədər böyüyüb, ondan böyük miqdarda pul tələb edir. Qızlar isə bunu ancaq ən çox pul təklif edən müştəriyə bakirəliyini verməklə ödəyə bilirlər. Həmin mərasim mizuage adlanır. Geyşaların çoxu bunu səbirsizliklə gözləyir və etiraz etmədən razılıq verirlər. Çünkü mizuage ilə geyşa evinə olan borclar ödənilir və qızlar tam bir geyşa olurlar. Qızların geyimlərindəki yaxalıq önəmli bir parçadır. Maiko qırmızı, geyşa isə ağ yaxalıqdan istifadə edir. Ağ yaxalıq geyinibsə, bu artıq onun qadın olduğunu göstərir.
Geyşaların müştərilərlə yatmasına icazə yoxdur. Onlar ömürləri boyunca sadəcə 1-2 dəfə dannaya(hami, sahib, ər) sahib olurlar. Danna geyşanın bütün xərclərini ödəyir, geyşa isə onun bütün istəklərini müqavilə müddəti ərzində yerinə yetirməyə borcludur. Bunun əvəzində geyşa evi də çoxlu dəyərli hədiyyələr qazanır. Bir neçə dannadan sonra geyşalar artıq sadəcə sənətləri ilə məşğul olmağa başlayır və həyatlarını bu şəkildə davam etdirirlər. Geyşanın müştəri seçimi də çox önəmlidir, çünki onlara bakirəliyini vermək üçün bir şəxs seçməyə icazə verilir. Əgər qız ona verilən müddətdə birini seçə bilməzsə, ən çox pul təklif edən müştəriyə onee-san tərəfindən razılıq verilir.
Geyşalar öz işlərində ömür boyunca çalışa bilərlər. Yaxşı bir geyşa olmaq üçün gənclik, gözəllik, incəsənət növlərinə bələd olmaq, musiqi bacarığı, gözəl danışıq və qüsursuz nitq qabiliyyəti olmalıdır. İşindən ayrılan geyşalar çox vaxt əvvəlki məsləklərində çalışırlar. Onlar heç vaxt enlənmir, evlənənlər isə artıq geyşalıq etmirlər.
Geyşaların əsas işi müştərilərlə çay məclislərində xoş söhbətlər aparmaq ya da onların bir sıra ehtiyaclarını qarşılamaq deyil. Onlar çox istedadlı sənətçilərdir. Elə geyşa sözü də incəsənət mənasını verən “gei” və insan mənasındaki “şa” sözlərinin birləşməsindən yaranıb, “sənətkar” deməkdir. Geyşaların rəqsini izləmək ya da onlarla eyni çay süfrəsində əyləşmək üçün müştərilər xeyli məbləğ itirməkdən çəkinmirlər. Çünki bir geyşanın qonağı olmaq qürur duyulacaq bir hadisədir.
Geyşa evlərində adətən qızlar mahnı ifa edən, çalğı alətlərində məharətlərini göstərən və rəqs edənlər kimi ayrılıb sıra ilə çıxış edirlər. Onlar arasında bu sənət növləri ilə məşğul olub çox məşhurlaşanlar da var. Adətən geyşalar geyşa evindən ayrıldıqdan sonra, bu sənətlərində çalışmağa üstünlük verirlər.
Geyşa təlimi çox ciddi və intizamla aparıldığından, onların sayı xeyli azalıb. Faktdır ki, hazırda Yaponiyada 200-dən az geyşa var. Onlar əsasən, Tokyo, Kyoto və Yaponiyanın bir sıra istirahət guşələrində yaşayırlar. Elə indi də onlar üçün yüksək məbləğ xərcləməyə hazır olan çox insan var.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s